Ermənilər Zod qızıl yatağına görə Basarkeçər-Kəlbəcər yolunu bağladı… -FOTOLAR

“30 ilə yaxın qızıl zamanımızı boşuna xərclədiyimizdən digər sərvətlərimiz kimi qızılımız da talan edilir…”

Bu gün, 18 avqustda səhər saat 7 radələrində Ermənistanın Geqarkunik mərzinin Geqamasar icmasının sakinləri Basarkeçər(“Vardenis”)-Kəlbəcər yolunu bağlayıblar.

Sozcu.az xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb. Kənd sakinləri şikayət edir ki, Zod qızıl mədənində aparılan partlama işləri ətrafdakı ərazilərə çatan, içməli və suvarma suyunu çirkləndirən kimyəvi elementlərlə zəngin bir toz buludu yaradır.

P.S. Zod qızıl yatağının hər iki başı vaxtilə, 1920-ci ilə -bolşevik Rusiyasının işğalınadək bütünlüklə Azərbaycanın öz ərazisində olub. Sovet dövründə isə bir hissəsi Ermənistan SSR-in istifadəsinə verilib. Hazırda həm Ermənistan, həm Kəlbəcər rayonunda olan yataq bütövlükdə Rusiya-Ermənistana xidmət edir…

P.P.S. 30 ilə yaxın qızıl zamanımızı boşuna xərclədiyimizdən digər sərvətlərimiz kimi qızılımız da talan edilir…

Qısa arayış:

Zod yatağı – Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.

Yatağın Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən əsas hissəi Söyüdlü – Zod qızıl yatağı adlanır. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara¬lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 28-ci ildir ki, Ermənistan respublikası tərəfindən talan edilir.moderator.az

Facebook Comments