Bayden Trampa başsağlığı verdi

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden dövlət başçısı Donald Trampa qardaşının vəfatı ilə əlaqədar başsağlığı verib.

Sozcu.az xəbər verir ki, Bayden həyat yoldaşı Cill ilə Robert Trampın vəfatından dolayı təsirləndiklərini bildirib.

“Sevimli insanı itirməyin inanılmaz kədərinin nə olduğunu anlayıram və bu məqamda ailənin nə qədər vacib olduğunu bilirəm. Ümid edirəm ki, bizim dualarımızın sizinlə olduğunu bilirsiniz”, – deyə Bayden bildirib.

Facebook Comments