“Lukaşenkonun bizə xoş münasibəti, onun diktator mahiyyətini dəyişmir” – Ceyhun Nəbi

“Aleksandr Lukaşenko bizə münasibətdə yaxşı ola bilər, bunu heç kəs inkar etmir. Bütünlükdə bizə və başqalarına yaxşılıqları, xoş münasibəti onun diktator mahiyyətini dəyişmir”.

Sozcu.az xəbər verir ki, bunu Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, gənc politoloq Ceyhun Nəbi deyib.

“Müzakirə mövzusu budur və qlobal anlamda demokratik prinsipləri, dəyərləri tapdalayanlar tənqid obyektidir. Seçki saxtakarlığı, hakimiyyətin güc yolu ilə mənimsənilməsi və hakimiyyətin sivil yolla dəyişilməsinə qarşı yaradılmış sədd normal qəbul olunası və göz yumulası bir məsələ deyil. Qlobal sabitliyin təmin olunması istiqamətində atacağımız addımları daha çox düşünməli və onun bir parçası olmalıyıq. lokal maraqlarımız çərçivəsində yanaşmalı deyilik”.

Anar Rəsullu

Facebook Comments