Zelenski hərbi kəşfiyyat rəhbərini istefaya göndərdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin hərbi kəşfiyyatının rəhbəri Vasili Burbanı vəzifədən azad edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Ukrayna Prezidentinin mətbuat xidməti yayıb.

Burbanın yerinə Kiril Budanov rəhbər təyin olunub. Zelenskinin ölkənin təhlükəsizliyi ilə bağlı müasir yanaşmalar axtardığı üçün bu dəyişikliyi etdiyi vurğulanıb.

Qeyd edək ki, Vasili Burba Ukrayna hərbi kəşfiyyatına 2016-cı ildən rəhbərlik edib.

Facebook Comments