ABŞ-da tezliklə “qızıl əsr” başlayacaq – Tramp

Tezliklə koronavirus pandemiyasına qalib gələcəyik və ABŞ üçün “qızıl əsr” başlayacaq.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Yalançı KİV-lər Portlend və Sietldəki etirazçıları möhtəşəm, günahsız göstərməyə çalışırlar. Əslində onlar xəstə və dəli anarxistlərdir ki, onları da hüquq-mühafizə orqanlarımız yüngül şəkildə nəzarətdə saxlayırlar. Əgər yuxulu Co Bayden – solçuların marioneti qalib gəlsəydi, bazarlarımız dağılar, şəhərlərimiz yanardı. Ölkəmiz heç vaxt olmadığı qədər zərər görərdi. Biz tezliklə qalib gələcəyik və “qızıl əsr”ə keçəcəyik”, – deyə o bildirib.

Facebook Comments