“Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir…”

Azərbaycan və Türkiyənin 29 iyuldan 10 avqusta qədər Ermənistanla sərhəddə və Qarabağ cəbhəsi yaxınlığında birgə hərbi təlimləri erməniləri həyəcanlandırıb.

“Vahid Ermənistan” partiyasının sədri Artur Kazinyan Feysbuk səhifəsində təlimlər barədə məlumat yayıb və mövzunu inkişaf etdirərək üzünü iqtidar mənsublarına tutub yazır:

“Paşinyana xatırladın ki, istirahət vaxtı deyil, o təcili olaraq işə qayıtmalı və Təhlükəsizlik Şurasının iclasını çağırmalıdır. Sonra onun istirahət üçün xeyli zamanı olacaq və biz bunu təmin edəcəyik”.

Partiya sədri “istirahət etməyə vaxtı çox olacaq” deməklə onu istefaya göndərəcəklərinə işarə edib və bunu “təmin edəcəklərinə” söz verib.

Facebook Comments