“Döyüş meydanından qaçırıq, başqa şəhərlərdə bizi döyürlər” – Eynulla Fətullayevdən SENSASİON AÇIQLAMA

“80-ci illərdə nəhəng, məğrur, ləyaqətli Azərbaycanlı surəti var idi. Yadımdadır, Sovet ordusunda digər millətlər azərbaycanlı oğlanlarından çəkinərdi, ehtiyat edərdi. Məhəllələrdən isə qızlar yalnız atası və ya qardaşı ilə keçərdi, başqa məhəllələrdən oğlanlar bizim məhəllədən yan belə keçə bilməzdi… Atalarımız evə girəndə, onlarla üzbəüz çıxmaqdan belə utanardıq. Atalarımız bizə uşaqlıqdan deyərdi: “Məktəbdə döyülsən evə gəlmə!” Biz mübariz və cəfakeş idik.
Əxlaq, yüksək mənəviyyat, tərbiyə, patriarxallıq – bizim dəyərlərimiz idi. Ruslar, ermənilər, hətta yəhudilər bakı əhlinə aşağıdan yuxarı baxardı.
Başqa şəhərlərdə, elə Moskvanın özündə azərbaycanlı ətrafında bir oreol var id, bizim millət sanki seçilmiş bir xalq idi… Ən pullu, ən güclü, ən zəngin, ən məğrur!
İndi nə oldu bizə? Niyə belə rəzil günə düşdük? Döyüş meydanından qaçırıq, başqa şəhərlərdə bizi döyürlər, milli dəyərlərimiz devalvasiya olunur…”

Sozcu.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fərullayev deyib.

E.Fətullayev qeyd edib ki, azərbaycanlılar hər yerdə qapazaltı olub: “Döyülməyimizdən isə fəxr edirik. Bunu hələ dünyaya nümayiş etdiririk. Nə oldu bizə? Məncə, ciddi sosioloji araşdırmalara və fəlsəfi düşüncələrə zərurət yaranıb…”

Jurnalisti mövqeyinə görə tənqid edənlər də olub.

Facebook Comments