SON DƏQİQƏ! Rus hərbçilər və texnikalar Ermənistana aparıldı

Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə birləşmiş hava hücumundan müdafiə sisteminin planlaşdırılan təlimlərinə start verilib.

Oxu24.com -un xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, birgə təlimin keçirilməsində məqsəd kəşfiyyat və Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizədə effektiv mübarizə metodlarını öyrənməkdir.

Ş. Stepanyan bildirib ki, təlimlərin gedişində Pilotsuz Uçuş Aparatları ilə mübarizənin yeni formaları təkmilləşdiriləcək.

Təlimlərdə Ermənistan və Rusiyanın zenit-raket kompleksi dəstəsinin əsas komandirləri, qırıcı təyyarələr, eyni zamanda Ermənistan silahlı qüvvələrinin bütün zenit-raket artilleriya bölmələri iştirak edir.

Facebook Comments