“Yəqin ki, uzağı gələn ilə torpaq məsələsini həll edərik, çox gözləməyəcəyik, az qalıb…”

“Azərbaycanda görün nə qədər erməni yaşayır, Allaha şükür, hamısının da ərləri, oğlanları vəzifədədir”

Bu gün Ağdamın işğalından 27 il ötür. 1992-ci il iyulun 23 də erməni silahlı birləşmələri tərəfindən Ağdam rayonu işğal edilib.

Moderator.az-açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas yaxın zamanlarda torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirdi:

“Yəqin ki, uzağı gələn ilə torpaq məsələsini həll edərik. Çox gözləməyəcəyik, az qalıb. Möhtərəm prezidentin çıxışlarından da bunu hiss edirəm. Bu dəfə inşallah döyüşlər yarımçıq qalmayacaq. Erməniləri başa salacağıq, başa düşən çıxıb gedəcək Yerevana, düşməyən də məhv ediləcək. Qaldı ki, kim istəyər Azərbaycan vətəndaşlığını qəbul edib yaşayar. Azərbaycanda görün nə qədər erməni yaşayır və onlara bir söz deyən varmı? Allaha şükür, hamısının da ərləri, oğlanları vəzifədədir”.

Facebook Comments