İstefa verməyəcəm, günahdır – Baş nazir

Livanın Baş naziri Həsən Diyab istefa verməyəcəyini açıqlayıb.

Sozcu.az xəbər verir ki, bununla bağlı mətbuat konfransında açıqlama verən Həsən Diyab hökumət hazırda böhranın qarşısını almaq üçün ishalatlar həyata keçirsiyini bildirib:

“İstefa verməyəcəm. İstefa versəm, alternativ olmadığı üçün uzun müddətli boşluq olacaq. Bu da livanlılara qarşı günahdır.

Ölkədəki iqtisadi böhranı azaltmaq üçün hökumət bir sıra islahatlar həyata keçirir. Bunun nəticələrini isə hələlik vətəndaşlarımız hiss etməyə bilər”.

Baş nazir İsrailin Livan suverenliyini hər gün pozduğunu qeyd edərək Livanın regional münaqişələrdən uzaq tutulmasının lazım olduğunu bildirib.

Həmçinin o, Livanda bütün siyasi partiyaların iştirak edəcəyi dialoq prosesinə ehtiyac olduğunu qeyd edib.

Facebook Comments