Güneydən ordumuza dəstək: saxlanılanlar var – Video

Güney Azərbaycan şəhərlərində ordumuza dəstək məqsədi ilə aksiyalar keçirilir.

Sozcu.az xəbər verir ki, aksiya üçün təyin edilən meydanlar polislər tərəfindən tutulub. Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısı da polislər tərəfindən bağlanılıb.

Son məlumata görə, aksiyaçılardan iki nəfər – Əsədullah Sasani və Rəhim Sasani həbs edilib.

***

Aksiyaçılar Təbrizdə Azərbaycan səfirliyi qarşısına toplaşmağı bacarıblar.

“Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” və s. kimi şüarlar səsləndirilib.

Mitinqin genişlənəcəyi və ciddi manelərə baxmayaraq şəhərin digər məhəllələrində də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Təbrizlə yanaşı, digər Güney Azərbaycan şəhərlərində də ordumuza dəstək aksiyaları keçirilir.

***

Təbrizdə Azərbaycan konsulluğunun önündə saxlanılanlardan daha üçünün kimliyi müəyyənləşib. Onlar Həkimə Əhmədi, Rəsul Rzavi və Salar Əfşardır.

Facebook Comments