“Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək”

Torpaq uğrunda ölən varsa, VƏTƏNDİR!! Şəhidlərimizə ALLAH rəhmət etsin!!! Ruhları şad, məkanları cənnət olsun!!! Birinci Qarabağ savaşı zamanı o şəhidlik şərbətini içmək qismətimiz olmadı!! İnşallah ALLAH bu dəfə nəsib edər!!! Əlillərimizin , qazilərimizin , şəhid balalarının , xüsusilə , gənclərimizin torpaq , vətən , bayraq və Qarabağ uğrunda hər cür fədakarlığa hazır olduğunu bu gün də müşahidə etməkdəyik!! Deməli , mübarizə əzmimizi qıra bilməmişlər!!! Ona görə hamıdan xahiş edirəm ki , sosial şəbəkədə ancaq nikbin puhlu statuslar yazın və paylaşmalar edin!! Unutmayın ki , düşmən Azərbaycan sosial şəbəkəsini diqqətlə izləyir və ölkədəki durumla bağlı kəşfiyyat , əks – kəsfiyyat məlumatları toplayır. Bunu biz Kəlbəcərdə girov götürülən Dilqəm , Şahbaz və Həsən haqda erməni mənbələrinin məlumatlarının təhlili zamanı gördük!!! Düşməni hər zaman gərginlikdə , vahimədə saxlayan , əsgər və zabitlərimizə dəstək ifadə edən statuslar yazın , videolar paylaşın!! Azərbaycanda fəaliyyət göstərən bütün telekanallara müraciət edirəm. Necə ki , bu müharibə başa çatmayıb yığışdırin ekranlarda bu çal – çağırı !! Etmirsinizsə , rədd olun Azərbaycandan!! Millətin balası şəhid olacaq və siz də ekranlardan bayram edəcəksiniz?! Heç olmasa , həftədə bir dəfə vətənpərvərlik ruhlu verilişlər hazırlayın , keçmiş döyüşçüləri dəvət edin və qoy bu millət , xalq daim ayaqda olsun!! Çox yaxın zamanlarda MTRŞ – nın rəhbərliyi və telekanal sahibləri ilə görüş keçirmək və tələblərimizi onlara çatdırmaq üçün keçmiş döyüşçülər və komandirlərlə danışıqlar gedir.
Sonda , dualarımız əsgər və zabitlərimiz üçün olsun!!! Bu vətən, bu dövlət , bu ordu bizim!! Onu minlərlə şəhid qanı bahasına yenidən biz bərpa etmişik və canımız bahasına qorumuşuq.
Tanrı AZƏRBAYCANI qorusun !! Bu dövlətə , bu millətə , bu bayrağa dil uzadanın dili , əl uşadanın əli kəsiləcək. Yaşımızın da çox olması heç kəsi üzməsin, narahat etməsin!! Yaşın nə fərqi var ki ?! Əvəzində düşmənə nifrət , vətənə sevgi hissimiz daha güclüdür!! Bir canımız var , o da bu millətə , bu dövlətə , bu bayrağa fəda olsun!! Bunlar pafoslu , boğazdan yuxarı sözlər deyil. Biz bunu Azadlıq , müstəqillik və Qarabağ savaşında sübut etmiş Azərbaycan oğullarıyıq!!

Vaqif Əlisoy, Qarabağ Qazisi

Facebook Comments