“Haradasa münsif olsam, Pərvizi ora buraxmaram” – Zöhrə Abdullayeva

Əməkdar artist Zöhrə Abdullayeva meyxanaçı Pərviz Bülbülə ilə bağlı qalmaqallı açıqlama verib.

Sozcu.az xəbər verir ki, müğənni “7 canlı” proqramında zərfləri açıb və ünvanlanan sualları fotosu nümayiş edilən sənətçilərə aid edib.

Z.Abdullayeva “Hansısa musiqi müsabiqəsində münsif olsam, Pərvizi ora buraxmaram” sözlərini deyib.

Müğənni daha sonra “Pərviz Bülbülə səhnədə heç iz qoymayacaq. Hind filmlərindən səhnələr oynayır, özü də çox” deyə, əlavə edib.

Facebook Comments