Türkiyə Şərqi Aralıqda döyüş hazırlığına başlayır

Liviyada gərginliyin artdığı bir vaxtda Türkiyə Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizində döyüş hazırlığı təlimləri keçirəcək.

Sozcu.az xəbər verir ki, artıq Türkiyə donanması təlimlə bağlı NAVTEX vasitəsilə məlumat yayıb.

Məlumata görə, təlim sahələrinin adı “Barbaros”, “Turqut Rəis” və “Çaka bəy” olacaq.

Qeyd edək ki, iyunun 11-də Türkiyə Hərbi Hava və Dəniz Qüvvələrinin iştirakı ilə bölgədə genişmiqyaslı hərbi təlim keçirilib.

Facebook Comments