Postdan 2 dəfə geri qaytarıldı, üçüncüdə isə… – VİDEO

Bakıdan Şamaxı istiqamətində gedən sürücü iki dəfə postdan geri qaytarılsa da, üçüncü dəfə sərnişinləri baqajda keçirmək istəyib.

Sozcu.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev bildirib ki, sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib:

“İyunun 28-i gəcə saat 00:40 radələrində Mercedes markalı 90-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin baqaj hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən Baş DYP İdarəsi Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb”.Qafqazinfo

Facebook Comments