Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF…

“İşğalçıların dilini yalnız Azərbaycan ordusunun Şoyquya-filana qulaq asmadan atılacağı qəti zəfər hücumu kəsə bilər…”

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov bu günlərdə mediaya müsahibəsində işğalçı ermənilərin cəbhə xəttində müşahidə kameraları quraşdırmasından danışıb.

Sozcu.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olan üzdəniraq erməni general, separatçı-terrorçu rejimin keçmiş “təhlükəsizlik katibi” Arşavir Qaramyan həyasızcasına hələ 2015-ci ildən Azərbaycan ordusu ilə təmas xəttində müşahidə kameralarının quraşdırılmasını etiraf edib.

A.Qaramyan həmin qurğuların quraşdırılmasını əks etdirən bir neçə arxiv fotosunu təqdim edərək belə yazıb:

“2015-ci ildə ön cəbhədə “amerikalı” həmkarlarımızla Zakir Həsənovun xəbəri olmadan işlər aparmağa başladıq…”

P.S. Bir daha göründüyü kimi, işğalçı düşmənin dilini yalnız Azərbaycan ordusunun Putinə, Şoyquya-filana qulaq asmadan atılacağı genişmiqyaslı və qəti zəfər hücumu kəsə bilər….moderator.az

Facebook Comments