“Dünyanın başı qarışdığı bir zamanda torpaqlarımızı işğaldan qurtarmalıyıq”

“Konflikt bölgələrində döyüşlərin dayandırılmasının koronavirus pandemiyasına dəxli yoxdur”.

Sozcu.az-ın xəbərinə görə, bunu Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

“İnsanlar döyüşdən yorulanda atəşin dayandırılması üçün əsaslı səbəb, yaxud bəhanə axtarırlar. Koronavirus da, görünür, əsaslı səbəb kimi qəbul olunub və dərhal atəşkəsə gedilib. Biz isə 27 ildir dincəlirik. Qazan xan demişkən yata-yata böyrümüz ağrıyır. Durub bir də koronavirusun keçməsini gözləsək, Dağlıq Qarabağı əbədi itirə bilərik. Çünki bu bəla hələ uzun illər bəşəriyyətlə qalacaq. Digər tərəfdən, dünyanın başı koronavirusa qarışdığı bir zamanda həmlə edib torpaqlarımızı işğaldan qurtarsaq, daha az itkiylə problemin öhdəsindən gələ bilərik” – İ.İsmayılov qeyd edib.Ovqat.com

Facebook Comments