Zakir Həsənov “Şuşanı niyə vurmadıq?” sualına cavab verdi

“Şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirir. Baxın, dünya reytinqlərində Azərbaycan ordusu həmişə yüksək yer tutur. Bəziləri çalışırlar ki, ordumuzun peşəkarlığını sual altına qoysunlar, bunlar hamısı ucuz siyasi nüfuz qazanmaq üçündür”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.

Z.Həsənov “Dağlıq Qarabağdakı qondarma rejim “prezident seçkiləri”ndən sonra Şuşa şəhərində “inaqurasiya” mərasimi keçirdi. Cənab nazir, biz Şuşanı niyə vurmadıq?” sualına da cavab verib: “Bildirilir ki, cənab Prezidentin qarşısında məsələ qoymalı, nəsə etməli idim… İstəyirəm, həmin şəxslər eşitsinlər: Cənab Prezident nə etməyin lazım olduğunu məndən də, onlardan da yaxşı bilir. Və etdi. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə irimiqyaslı təlimlərə başladı. Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank və top cəmləşdi. Ermənilər təşvişə düşdülər, beynəlxalq qurumlara müraciət etdilər. Onların generalları, siyasətçiləri çıxış etdilər ki, bizə hədə-qorxu gəlirlər. ABŞ-da hərbi mütəxəssislər çıxış etdilər, bildirdilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullarla, taktikalarla keçirilir, Amerika ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb, ermənipərəst senatorun vasitəsilə həm Müdafiə nazirinə, həm də dövlət katibinə müraciət edib ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Çünki məqsədləri başqadır. Məqsədlərinin nə olduğunu bilirəm…”

Facebook Comments