Bərbərxana və gözəllik salonları bağlandı – RƏSMİ

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan etibarən məhdudiyyətlər tətbiq olunacaq.

Sozcu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarında bildirilib. Verilən məlumata görə, fəaliyyətinə icazə verilməyən sahələr sırasına bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) də daxildir.

Facebook Comments