Mübariz Mənsimovun məhkəməsinin vaxtı açıqlandı

“Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

Sozcu.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

O bildirib ki, məhkəmə bu ilin sentyabr ayının 15-nə təyin edilib.

“Türkiyə məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü uca türk ədaləti deyəcək. “Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq!” – F.Quliyeva qeyd edib.

Facebook Comments