İlqar Məmmədov “yox” cavabı aldı

Bakı Şəhər İcra Hakimiyyəti Respublikaçı Alternativ Partiyasının (ReAL) təsis qurultayı keçirməklə bağlı müraciətinə cavab verib.

Sozcu.az-ın xəbərinə görə, bu barədə ReAL sədri “Facebook” hesabında paylaşım edib.

Cavabda qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il tarixindən respublika ərazisində xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət 1 iyul 2020-ci il tarixədək uzadılıb. Mövcud vəziyyəti nəzərə alaraq, müraciətdə qeyd edilən məsələyə xüsusi karantin rejimi bitdikdən sonra BŞİH tərəfindən yenidən baxıla bilər.

İ. Məmmədov paylaşımında bildirib ki, dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyi, ya da başqa dövlət qurumu ilə qısa müzakirələrə başlamağa çalışacaqlar.

Facebook Comments