“Qaçqınkom”un qarşısında etiraz aksiyası keçirilib – VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında etiraz aksiyası keçirilib.

Sozcu.az-ın xəbərinə görə, bir qrup məcburi köçkün mənzillə təmin olunmadıqları üçün etiraz etdiklərini bildiriblər.

Onlar bu məsələdə şəffaflığın təmin edilmədiyini, korrupsiya və rüşvətxorluğa yol verildiyini iddia ediblər. Qeyd olunub ki, komitə rəhbərliyi onların müraciətini nəzərə almır.

Facebook Comments