Hande Harmancı “İnstagram”dakı hesabını bağladı

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “İnstagram” sosial şəbəkəsindəki hesabını bağlayıb.

Sozcu.az-ın xəbərinə görə, buna səbəb onun Quba və Qusarda istirahət zamanı paylaşdığı şəkillər və videoya görə tənqidlərdir.

H.Harmancı mətbuata açıqlamasında Quba və Qusar rayonlarına səfəri ilə bağlı yaranmış narazılığa belə aydınlıq gətirib: “Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər. İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib. Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”.

Facebook Comments