Azərbaycanda dəhşətli qəza: Xeyli sayda yaralı var

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sozcu.az-ın xəbərinə görə, “Mercedes” markalı minik maşını “Hyundai” markalı avtomobillə toqquşub. İdarəetmədə çıxan “Mercedes” yol kənarındakı piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 4-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.APA

Facebook Comments