Vüsal Kərimli yol xətlənməsi işlərinə 5,5 milyon manat sərf edəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işlərinin yerinə yetirilməsinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

Sozcu.az-ın xəbərinə görə, tender komissiyasının qərarına əsasən, BNA-nın elan etdiyi tenderin qalibi “Yol xətt” MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 5,55 milyon manatdan çox təşkil edən müqavilə imzalanıb.

Facebook Comments