ABŞ-ın Venesuelada həyata keçirdiyi 2 saat 20 dəqiqəlik xüsusi hərbi əməliyyat nəticəsində qondarma prezident Nokolas Maduronun həbs olunaraq Birləşmiş Ştatlara aparılması bütün dünyada geniş müzakirələr doğurub. Maduro, ondan əvvəl isə Venesuelanın keçmiş lideri Uqo Çaves beynəlxalq hüququ ayaqları altına atmışdı. Belə ki, 2009-cu il sentyabrın 10-da Uqo Çaves Venesuela Bolivar Respublikasının qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını elan edərək belə demişdi: “Bizim Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini və suverenliyini tanımağımız tamamilə ədalətli və zəruri qərardır”.
Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
“Çaves bu addımı Rusiyanın o zamankı Prezidenti Dmitri Medvedyevlə danışıqlar zamanı açıqlamışdı. Daha sonra 2010-cu ilin iyulunda Venesuelada rəsmi səfərdə olan Abxaziya nümayəndə heyətinə Venesuela Xarici İşlər Nazirliyinin “Abxaziya respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı rəsmi notası təqdim edilmiş, diplomatik əlaqələr qurularaq bir sıra sazişlər də imzalanmışdı.
Rusiya ilə birlikdə 27 mart 2014-cü ildə BMT Baş Assambleyasında Ukraynanın bütün ərazisi üzərində suverenliyini təsdiq edən və Krımın və Sevastopolun statusunun dəyişdirilməsini rədd edən 68/262 saylı qətnamənin əleyhinə səs verən Venesuela Suriya, Sudan, Kuba, Zimbabve, Belarus, Boliviya, Ermənistan, Nikaraqua və Şimali Koreya ilə birlikdə Krımın işğalını dəstəkləyən azsaylı ölkələrdən biridir. Krımın işğalını dəstəkləyən Suriya və Sudanın başına gələnlərdən sonra belə görünür ki, ədalətin təcəlli sırası Venesuelaya çatıb”, - politoloq bildirib.
Onun sözlərinə görə, Uqo Çaves və Nikolas Maduronun törətdiyi repressiyalara görə Venesuala əhalisnin ən azı üçdə biri ölkədən qaçıb:
“BMT-nin bir hesabatında qeyd edilirdi ki, Maduro hakimiyyətə gəldikdən sonra səkkiz milyon insan vətənini tərk edib.
Təxminən üç il əvvəl Maduro Venesuela ilə qonşu olan Qayananın ərazsinin üçdə ikisini təşkil edən, neft, qızıl və mis yataqları ilə Essekibo adlanan əraziyə iddia irəli sürərək, bu torpaqları Venesuelanın 24-cü ştatı elan etdi. Maduronun göstərişi ilə hazırlanan yeni xəritələrdə həmin ərazilər Venesulanın sərhədləri daxilində göstərilirdi. Rusiyadan aldığı 10 milyard dollarlıq silahla qoşunlarını silahlandırmış Maduro Qayananın üzərinə ordu göndərdi. Bayden adminstrasiyası çevik reaksiya verərərək Venesuelanı hərbi müdaxilə ilə təhdid etdikdən sonra Maduro qoşunlarını Qayana ilə sərhəddən geri çəkmək məcburiyyətində qaldı.
Bütün bunlar Venesulada 1999-cu ildən bərqəarar olmuş rejimin nə qədər antibəşəri olmaqla yanaşı, beynəlxalq hüquqdan kənarda olduğunu təsdiqləyir. Nikolas Maduro dövlət hakimiyyətini qəsb etmiş quldur idi. Buna görə beynəlxalq hüquq ona toxunulmazlıq verə bilməz. Bəşəriyyət yalnız bir şeyə - ədalətin belə gec təcəlli etməsinə görə narahat olmalıdır. Heç şübhəsiz ki, ədalətin təcəlli sırası Rusiyaya da çatacaq. Hələlik isə belə görünür ki, Venesueladan sonra sıradakı İrandır”.