DİN: Vətəndaşlarla terrorçu kimi davranılmayıb

“Polis həmin şəxslərlə qanun çərçivəsində davranıb. Terrorçu kimi davranılmayıb.

Sozcu.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

E.Zahidov xatırladıb ki, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar: “Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib”.Qafqazinfo

Facebook Comments