Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ olub.
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, iyunun 8-də səhər saat 09:59 radələrində baş verən zəlzələ, Gərdəkşanə şəhərinin yaxınlığında qeydə alınıb.
Sulduz və Məhəmmədyar şəhərlərində də hiss olunan zəlzələnin episentri yerin 6 kilometr dərinliyində olub.
Zəlzələnin hər hansı bir dağıntıya səbəb olub-olmaması barədə məlumat yayılmayıb.
Facebook Comments