Bu həftə 3 gün sərt karantin rejimi tətbiq ediləcəkmi? – RƏSMİ AÇIQLAMA

İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

Sozcu.az xəbər verir ki, Bunu Yeniavaz.com-a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: “Bu günə belə bir qərar yoxdur, əgər belə bir şey olarsa rəsmi məlumat veriləcək”.

Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.

Facebook Comments