“Azərbaycanda artıq milyonerlər yox, milyaderlər var…”

Cümşüd Nuriyev: “Ölkədə maliyyə cinayətlərini araşdıran ayrıca bir qurumun yaradılmasına ehtiyac var”
“İşdən çıxan məmurların sərvətini saymaq üçün bir ədəd A4 bəs etmir”

Ölkəmizdə vəzifədən azad edilən bəzi məmurların böyük sərvətə malik olması ilə bağlı həm yerli, həm də əcnəbi mediada çoxsaylı məlumatlar yer almaqdadır. Bəs bu informasiyaların araşdırılmasına, qanunsuz əldə edilən əmlaklarla bağlı hüquqi müstəvidə konkret addımların atılmasına ehtiyac varmı?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev maraqlı təkliflə çıxış edib:

“Hesab edirəm ki, qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var. Yaxşı olar ki, maliyyə cinayətlərinin araşdırılması ilə bağlı məxsusi qurum yaradılsın. Bizdə belə bir qurum yoxdur. Ölkədə ayrıca istintaq komitəsi yaradılmalıdır. Bu, prezidentə tabe olmalıdır.

Bu gün güc orqanlarından, icra hakimiyyətindən çıxanların var-dövlətlərini saymağa bir A4 vərəqi bəs etmir. Ikinci A4 dolur, üçüncü A4 isə yarıya qədər gedir. Hamısı milyonluq varidatlardır. Ölkədə milyonerlik yoxdur, milyaderlik formalaşıb. Əgər icra başçısı milyarder statusundadırsa, o zaman ölkəni çox böyük faciələr gözləyir . Ölkə başçısına korrupsiyaya qarşı apardığı mübarizədə uğurlar arzulayıram”.

Sozcu.az

Facebook Comments