Pənah Hüseyn DTX-ya çağrıldı

Azərbaycan Xalq Partiyasından verilən xəbərə görə, bu gün partiyanın sədri Pənah Hüseyn DTX-ya dəvət olunub. Ondan “ölkənin cənubunda və şimalında təxribatlar hazırlanır” açıqlamasına dair izahat alınıb.

Xural.com xatırladır ki, Pənah Hüseyn bir neçə gün bundan öncə Müsavat TV-də canlı efirdə “Aprel-may aylarında Azərbaycanın cənubunda və şimalında ciddi təxribatlar hazırlanır” məzmununda fikirlər səsləndirmişdi. AXP sədrinin bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Facebook Comments