“Ramil Səfərovu qoruyub saxlaya bilməsək, bu bizə böyük ayıb olar”

Biz bir az fəal olmalıyıq, Azərbaycanda siyasi fəallıq sıfır səviyyəsindədir. Ona görə də ermənilər bizə qarşı bu cür addımlar atırlar”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi bu gün bütün ziyalılarımızın siyasi mübarizədə fəal olmasının vacibliyini vurğulayıb:

“Avropa İnsan Haqları Məhkəməsi Xocalı soyqırımında tökülən qanların hesabını ermənilərdən niyə soruşmur, bunu kim ödəyəcək?! Bizim hüquqşunaslarımız gedib Xocalıda öldürülən soydaşlarımızın yaxınlarının adından məhkəməyə şikayət verib təzminat tələb etsinlər. Rus general özü açıqlamasında bildirdi ki, Xocalıya hücum edən 336-cı motoatıcı alayının komandiri erməni olub. Biz bir az fəal olmalıyıq, Azərbaycanda siyasi fəallıq sıfır səviyyəsindədir. Ona görə də ermənilər bizə qarşı bu cür addımlar atırlar. Ramil Səfərovu qoruyub saxlaya bilməsək, bu bizə böyük ayıb olar. Avropa İnsan Haqları Məhkəməsinin ağzıyla qatıq ölçən var?! BMT ermənilərin Qarabağdan çıxmasıyla bağlı dörd məhkəmə qətnaməsi qəbul edib, getsinlər onu icra etsinlər. Ermənilərin məqsədi ancaq Azərbaycan xalqına ziyan vurmaqdır. Bizim dövlətimizin başçısı kişi kimi Ramili gedib Macarıstandan azad etdirib ölkəmizə gətirdi. Ona görə də Ramil Səfərovu Macarıstandan gətirən oğul Avropa Məhkəməsinin də cavabını verəcək. Bizim ziyalılar fəal olmalıdır. Avropa Məhkəməsi getsin özünə olan hörmətsizliyin qarşısını alsın. Yırtıcının qabağından qaçdıqca adamın üstünə gəlir. Biz ermənilərin qabağından çox qaçmışıq və hələ də qaçırıq. Burda bizim hüquqşunaslar gərək fəal olalar. Biz ancaq bir-birimizin qeymətini etməklə məşğuluq, amma ermənilər öz işləriylə məşğuldurlar”.

Facebook Comments