TƏCİLİ: Azərbaycanda icra başçısı karantinə alındı – İşçisi koronavirusa yoluxub – FOTO

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Sozcu.az-ın xəbərinə görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir.Qafqazinfo

Facebook Comments