Təyyarədən sağ çıxan sərnişin: Fəryadları eşitdim

Mayın 22-də Pakistanda qəzaya uğrayan Eyrbas-320 təyyarəsindən sağ çıxan sərnişin gördüklərini danışıb.

Sozcu.az xəbər verir ki, Məhəmməd Zübeyr adlı sərnişin qəzadan sağ çıxan 2 nəfərdən biri olub.

O açıqlamasında bildirib ki, təyyarə yerə düşən zaman özünmdən gedib:

“Ayılanda gördüm ki, hər yer alov içindədir. İnsanları görə bilmədim, ancaq onların fəryadını eşitdim. Kəmərimi açdım və irəlidə gördüyüm işıq tərəfə getdim. Təxminən 3 metr yüksəklikdən tullanmaq məcburiyyətində qaldım. Daha sonra məni xəstəxanaya çatdırıblar. Səhhətim yaxşıdır. Lakin əllərim və ayaqlarımda yanıq xəsarətləri var”.

Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yollarına məxsus Eyrbas-320 təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya düşüb. Təyyarədə 91 sərnişin və 7 heyət üzvü olub. Yalnız 2 nəfər sağ qalıb.

Facebook Comments