Ramzan Kadırov təcili Moskvaya çatdırıldı – Koronavirus şübhəsi

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb. O, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

Sozcu.az xəbər verir ki, R.Kadırov Moskvaya təyyarə ilə aparılıb.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb.

Lakin respublika başçısının vəziyyəti pisləşməyə başlayıb. Bundan sonra həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Əhmədoviçdə artıq ağciyərlərin zədələnməsi qeydə alınıb.

Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.teleqraf.com

Facebook Comments