Müsavat başqanı Cümhuriyyət Bayramı ilə bağlı təklif verdi – “Layiqincə qeyd edilməlidir…”

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 ili tamam olur.Müsavat Partiyasının başqanı, istiqlalçı millət vəkili Arif Hacılı özünün feysbuk səhifəsində yazaraq, Cümhuriyyət Bayramnının layiqli keçirilməsi üçün təkliflər verib:

“Karantin şəraitində də 28 May Respublika Günü layiqincə qeyd edilməlidir.

Müsavat Partiyası 1 saat ərzində Novxanı kəndində M.Ə.Rəsulzadənin heykəli önündə, karantin şərtlərini nəzərə almaqla tədbir keçirmək barədə qərar qəbul edib.
Həmin gün Hərbi Hava Qüvvələrimizin Bakı şəhərinin səmasında göstərilərini, toplardan fişəng atılmasını, televiziya efirlərində gün ərzində M.Ə. Rəsulzadənin portretinin nümayiş etdirilməsini təklif edirəm.

Hər evin balkonundan, ya pəncərəsindən üçrəngli bayrağımız, Rəsulzadənin portretləri asılsa, gecə havaya uçan çıraqlar, dilək şarları buraxılsa bayram tədbirlərimizdə bir yenilik olar.

Hər çür çətinliklərə rəğmən, xalq olaraq dəyərli bayramımıza sahib çıxmalıyıq”.

Facebook Comments