Ağsuda günün günorta çağı avtomobil oğurlandı

Ağsu rayon sakini Abuzərov Ramil Əli oğluna məxsus “VAZ-2107” markalı avtomobil tanımadığı şəxs tərəfindən qaçırılıb.

Sozcu.az xəbər verir ki, avtomobili oğurlayan şəxs, həmin avtomobili almaq adı ilə Ramil Abuzərova yaxınlaşaraq, onu inandırmaq məqsədi ilə sövdələşmə aparıb. Bundan sonra avtomobilin texniki vəziyyətini yoxlamaq adı ilə açarları Ramil Abuzərovdan alıb və avtomobili işə salıb ərazidən uzaqlaşıb.

Hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Facebook Comments