Mustafa Kamal Atatürkün doğum günüdür

“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur”

Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günüdür.

Sozcu.az-ın xəbərinə görə, Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. O, 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edib. Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabiti kimi uzun müddət qulluq edib.

Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.

Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Facebook Comments