Metro yenidən bağlanır? – Açıqlama

Bakı Metropoliteninin yenidən bağlanacağı ilə bağlı məlumat yayılıb. İddia edilir ki, sabahdan etibarən metroya giriş yenidən məhdudlaşdırılacaq.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroya girişin məhdudlaşdırılacağı barədə xəbər yalandır.

“Ümumi statistik göstəricilərə əsasən metroda hazırda sərnişin sayı ümumi daşımadan 7-9 dəfə aşağıdır. Bu da sərnişinlərin sosial məsafəni qoruması üçün kifayət qədər imkan yaradır. Yəni vaqonlarda sıxlıq yaşanmır, məsafə qorunur. Vaqonlarda sıxlıq olmaması üçün metroda xidmət aparan polis əməkdaşları da maksimum dərəcədə çalışırlar. Metropoliten gücləndirilmiş iş rejimində işləyir. Gəlib müşahidə də apara bilərsiniz ki, metroya bir sərnişin də maskasız buraxılmır”, – B.Məmmədov bildirib.

Sozcu.az

Facebook Comments