Ermənistan Təhlükəsizlik katibi Azərbaycan torpaqlarında nədən sərbəst gəzir?..-FOTO

İşğalçı ölkə rəsmiləri hüquqi ərazimizdəki hər addımlarıyla müstəqil(!) dövlətimizin şərəfini tapdalamır?..

Qarabağda işgüzar səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan separatçı-terrorçu rejimin yeni “seçilmiş” qanunsuz “prezidenti” Araik Arutyunyanla qeyri-rəsmi görüş keçirib.

Sozcu.az xəbər verir ki, bu haqda separatçı Q.Arutyunyan özü “Facebook” səhifəsində paylaşım edib.

İşğalçı ölkənin yüksək vəzifəli rəsmisi və yeni separatçı lider Azərbaycan Respublikasının Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarını arın-arxayın gəzərək “təhlükəsizlik, o cümlədən ərzaq təhlükəsizliyi ilə bağlı bir çox məsələləri” müzakirə ediblər.

P.S. Görəsən, Azərbaycanın müvafiq güc və təhlükəsizlik strukturları Ermənistan rəsmilərinin işğal altındakı torpaqlarımıza, demək olar ki, gündəlik səfərlərinə qarşı güc tədbirləri nümayiş etdirmək o yana qalsın, nədən, heç olmasa, bir sərt bəyanatla BMT, ATƏT, AŞ, AŞPA və s. beynəlxalq qurumlara müraciət edib məsələni ciddi şəkildə qaldırmırlar. Məgər Baş nazir N.Paşinyan başda olmaqla Ermənistan rəsmiləri Azərbaycan torpaqlarındakı hər addımlarıyla müstəqil(!) dövlətimizin şərəfini tapdalamır…

P.P.S. Ermənistan Təhlükəsizlik Şurası katibinin Azərbaycanın hüquqi ərazisində qondarma qurumun “cənub bölgələrinin təhlükəsizlik məsələləri”ni müzakirə edərkən hansısa digər dövləti nümayəndələriylə görüşüb-görüşməməsiylə maraqlanan varmı?…(Moderator.az)

Facebook Comments