Səudiyyə Ərəbistanı hasilatı əlavə 1 mln. barel azaldacaq

Səudiyyə Ərəbistanın Energetika Nazirliyi milli neft şirkəti olan “Saudi Aramco”ya iyun ayında OPEC+ çərçivəsində götürülən öhdəlikdən əlavə hasilatı könüllü şəkildə gündəlik 1 milyon barel azaltmaqla bağlı göstəriş verib.

Sozcu.az xəbər verir ki, bu barədə nazirlik rəsmisi bildirib.

Nazirliyin rəsmisi qeyd edib ki, bununla hasilat apreldəki səviyyədən təxminən 4,8 mln. barel/gün az olacaq: “Nəticədə, Krallığın iyun ayı üçün gündəlik neft hasilatı 7,492 barel təşkil edəcək”.report

Facebook Comments