Azərbaycanda güclü partlayış

Göygöldə evdə partlayış baş verib.

Sozcu.az-ın xəbərinə görə, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub. Fakt araşdırılır.APA

Facebook Comments