Türkiyənin 24 şəhərində komendant saatı başladı

Türkiyənin 24 şəhərində COVİD-19 pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunub.

Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Komendant saatı bu gecədən etibarən qüvvəyə minib. Sözügedən rejim aşağıdakı şəhərlərə aid edilib:

Adana, Ankara, Balıkəsir, Bursa, Dənizli, Diyarbəkir, Əskişəhir, Qaziantep, İstanbul, İzmir, Qəhramanmaraş, Kayseri, Qocaeli, Konya, Manisa, Mardin, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Təkirdağ, Trabzon, Van və Zonquldağ.

Qeyd edək ki, komendant saatı 11 maya qədər qüvvədə olacaq.axar.az

Facebook Comments