Bakıda avtobus yandı: Sərnişinlər təxliyə olundu – Video

Bakıda sərnişin avtobusu qəflətən yanmağa başlayıb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan sərnişin avtobusunda yanğın başlayıb.

Ərazidə xidmət aparan Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşlarının çevik və qətiyyətli hətəkətləri sayəsində sərnişinlər avtobusdan evakuasiya olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda avtobusun yanması ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook Comments