Almaniyada kafe və restoranlar açılır

Almaniyada qüvvədə olan karantinin qismən yumşaldılması barədə məsələ hökumət səviyyəsində müzakirə olunur.

Sozcu.az xəbər verir ki, Aşağı Saksoniya federal əyaləti mayın 11-dən kafe və restoranların fəaliyyətinə icazə veriləcək ilk bölgə olacaq. Hələlik isə Almaniyada ictimai iaşə sahəsi çatdırma xidməti rejimində işləyir.

Qeyd olunub ki, Aşağı Saksoniyanın kafe və restoranlarında müsafirlər yeni qaydalara uyğun qəbul ediləcək. Masanı əvvəlcədən sifariş etmək lazım gələcək, çünki restoran və kafelərdə masaların yarısının dolmasına icazə veriləcək.

İctimai iaşə məkanlarının açılması üçün sanitariya-gigiyena normalarına ciddi riayət etmək lazım gələcək. Heyət məcburi qaydada maska taxmalı, müsafirlər dezinfeksiyaedici vasitələrlə təmin olunmalıdır.

Nə deməli, göründüyü kimi, çətinliklə də olsa, Almaniya “karantin yuxusu”ndan ayılmağa başlayır.axar.az

Facebook Comments