Ermənilər Gəncəni “Ermənistanın qəlbi” adlandırdı! –Beynimizlə bunu dərk edək….

Sosial şəbəkələrin erməni seqmentində Gəncədə yerləşən “Müqəddəs Sərkis” adı qoyulmuş erməni kilsəsinin görüntüsü yayılıb.

Moderator.az xəbər verir ki, fotonun şərhində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təhdid edən növbəti həyasız ifadələr öz əksini tapıb.

“Kirovabad/ Qandzak – Ermənistanın qəlbi. Müqəddəs Sərkis kilsəsi. Şəhər artıq 30 ildir ki, Azərbaycan terrorçuları tərəfindən işğal edilib” -ermənilər ölkəmizin əhalisinin sayına görə 2-ci böyük şəhəri haqqında belə yazıb.

P.S. Bunun nə demək olduğunu beynimizlə dərk edək barı… Yoxsa, yenə 1988-1990-cı illərdəki kimi “Əşşi, erməni kimdi, bizə nə edə bilər” deyib boş verəcəyik bunu da…

P.P.S. Amma beynimiz olsa da, bizlərin ürəyi, qəlbi olmasına şübhə edirik. Olsaydı, bu 25-30 ildə Qarabağsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz partlayardı…

Sozcu.az

Facebook Comments