Fransada korona ilə bağlı iddia: İlk yoluxma faktı…

Fransada xəstəxanaların birində ötən ilin dekabrında sətəlcəm xəstələrindən götürülən qan nümunələri üzərində COVİD-19 testi aparılıb.

Sozcu.az xəbər verir ki, araşdırma nəticəsində dekabrın 27-də xəstəxanaya müraciət edən şəxsin qan nümunəsində COVİD-19 testi pozitiv çıxıb.

Həmin şəxsin ölkədə ilk COVİD-19 xəstəsi olub-olmadığı müəyyənləşdirilir.

Məlumata görə, həmin xəstə iki övladını da virusa yoluxdurub və özü 15 gün müddətində müalicə alaraq sağalıb.

Xatırladaq ki, Fransada COVİD-19-a rəsmi olaraq ilk yoluxma halı yanvarın 24-də qeydə alınıb.axar.az

Facebook Comments