Biləsuvar sakinləri İcra Hakimiyyətinin binası qarşısına nə üçün toplaşıblar? – RƏSMİ AÇIQLAMA

“Biləsuvar sakinləri RİH qarşısında yığışıb. Onlar yardımların düzgün paylanmasını tələb edərək, etiraz etdiklərini deyirlər”.

Yeniavaz.com bu barədə “Meydan TV”də yayımlanan videoya istinadən xəbər verir. Kadrlarda sakinlərin İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşdığı və polis əməkdaşlarının əraziyə cəlb edildiyi müşahidə edilir. Polisin sakinlərə zor tətbiq etdiyi, onları ərazidən qovduğu, yaralanan və saxlanılanların olduğu iddia edilir.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və təhlili sektorunun müdiri İslam Bayramov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, sözügedən sakinlər əlillərə verilən yardımın onlara da verilməsini tələb ediblər: “Dövlət Sosial Müdafiə Fondu bu gün 18 yaşına çatmamış əlil uşaqlar üçün ailələrə yardım verirdi. Camaat da yığışıb oraya ki, “onlara verirlər, mənə niyə vermirlər o yardımı”. Onlara da başa sala bilmirik ki, bu evdə əlil var. Deyirlər ki, “onun imkanı var”. İmkanı olsa belə evində 18 yaşına çatmamış əlili var. Nə olsun ki, imkanı var? Bu yardım ailəyə verilmir ki, əlil şəxsə verilir. Camaat da ona etiraz edir ki, həyətində maşını, ikimərtəbəli evi var, sən gətirib ona yardım verirsən”.

İ. Bayramov bildirib ki, etiraz edənlərdən polis tərəfindən saxlanılan olmayıb.

Sozcu.az

Facebook Comments