Azərbaycanda 3 bal gücündə zəlzələ olub – YENİLƏNİB

Mayın 4-də, yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda – Samux ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələnin episentrində yeraltı təkan 3 bala qədər hiss olunub.

***

00:42

Bu gecə Gəncə şəhəri və ətraf bölgələrdə zəlzələ olub.

APA-nın yerli bürosunun məlumatına görə, yeraltı təkanlar mayın 3-dən 4-nə keçən gecə, saat 00:05-də qeydə alınıb.

Zəlzələ, həmçinin, Goranboy rayonunun mərkəzində, o cümlədən kəndlərində də hiss olunub.

Yeraltı təkanlar bir neçə saniyə ərzində davam edib.apa

Facebook Comments