“İri məmurlar Ağsu dolaylarına əl qoyur” – Xəzər Teyyublu

“Ağsuda gündəlik çörək pulu qazanan insanları ac qoymaq üçün əməllicə iş gedir. Peravalda yol qıragı fəaliyyət gòstərən kafeləri və pavilyonları dagıdırlar. Min əzabla ərsəyə gətirilən bu iaşə obyektlərində yùzlərlə insan evinə çörək aparır. Karantin dövrü olmasına baxayaraq (görəsən karantin qaydaları bunlara aid deyil?) bir qrup ağköynəkli, qalstuklu adamlar əllərində “kuvalt”, lom dùşùblər kasıb insanlara məxsus olan tiklilərin ùstùnə. 20-30  ilə başa gələn kafeləri 1 saata dagıdıb yerlə- yeksan edirlər”.

Sozcu.az xəbər verir ki, bunu tanınmış siyasi xadim Xəzər Teyyiblu Ağsu dolaylarında olan obyektlərin sökülməsinə münasibət bildirərkən deyib:

Bir neçə il bundan qabaq da belə addım atmaq istədilər. Ağsu dolaylarında sürüşmə adı altda oraları “təmizləmə” işi görmək planı var idi. Amma sonradan yol təmir işləri və kəskin döngələri hamarlayib kafelərə toxunmadılar. Indi nə baş verib ? Sürüşmədirsə qoy orda fəliyyət göstərən, iri məmurlara aid olan restoranlar sökülsün. Sonra keçsinlər digərlərinə.

Bəllidir ki, Ağsu dolayları fùsunkar mənzərəyə malik olduguna görə, ora daha iri məmurlar əl qoyub. Görün bunlar nə qədər insanı çörəksiz, işsiz qoymaqla haram, lənətlənmiş işə əl atıblar. Ətraf rayonlardan, Ağsudan , Şamaxıdan , Ismayıllıdan gəlib bir tikə çörək pulu qazananları, onların balalarını ac qoyurlar. Belə sosial narazılıgı yaratmaq kimə lazımdır?

Bu kafelərii sökürsünüz heç olmasa ya yerində daha müasir tərzdə tikili ilə əvəz edin, ya da Sahibkarlara kompensasiya ödəyin.

Facebook Comments